“Azərenerji” ASC-nın mühəndisi Sumqayıt sakini Qəmərəddin Məmmədov iş başında ölüb. Bu haqda Sumqayıt Şəhər Prokurorluğuna 12 avqust, günorta saatlarında məlumat daxil olub.
Prokurorluğda araşdırma zamanı məlum olub ki, Məmmədov “Azərenerji” ASC-nin Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin həyətində yerdəyişmə işləri görərkən paylayıcı qutunun üzərinə düşüb. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı “Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.