Sumqayıt sakini dəmir yolu stansiyasından 73 metr boru oğurlayıb

Total
0
Shares
Envato
Envato

Bakı-Şabran dəmir yolu xəttinin Baş Sumqayıt stansiyası ərazisindən keçən hissəsində oğurluq etməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Hüseynbala Cəfərov saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyi 1 noyabr tarixində xəbər yayıb.

Məlumata əsasən, Cəfərov stansiya ərazisində yerləşən rabitə quyusundan 73 metr borunu kəsərək oğurlayıb və bununla stansiyaya 1300 manata yaxın maddi ziyan vurub.

Polis tərəfindən onun hadisə zamanı istifadə etdiyi kəsici alətlər və oğurladığı əşyaların bir hissəsi maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.