Sumqayıt sakini həbsxanaya narkotik keçirərkən saxlanılıb

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Həbsxanaya narkotik maddə keçirmək istəyən Sumqayıt şəhər sakini saxlanılıb. Bu barədə bu gün, 1 noyabr tarixində Penitensiar xidməti məlumat yayıb.

Penitensiar xidmətin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sumqayıt şəhər sakini Teymur Məmmədov tərəfindən, qohumu Vüsal Həmzəyevə gətirilən sovqat yoxlanılıb. Nəticədə, idman şalvarının astar hissəsinə gizlədilmiş bükülülərdə ümumi çəkisi 4,411 qram tiryək aşkar edilib.

Daha öncə, 26 oktyabr tarixində sumqayıt şəhər sakinində heroin, metamfetamin və 43 metadon həbi aşkar edilib.