Sumqayıt sakini məhkum oğluna telefon keçirərkən tutuldu

Total
0
Shares
Foto Penitensiar.justice.gov.az
Foto Penitensiar.justice.gov.az

Sumqayıt sakini Təranə Vəliyeva 2 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı sürən oğluna qanunsuz yolla telefon keçirmək istəyən zaman tutuldu. Bu haqda Penitensiar Xidmətn rəsmi saytında xəbər yayılıb.

Məlumata əsasən, Vəliyeva 8 il müddətinə azadlıqdan məhrum edilmiş oğlu Əhməd Əhmədovla görüş zamanı sovqat gətirib və onun içində olan qış gödəkçəsinin astar hissəsini xüsusi üsulla tikilərək oraya mobil telefon gizlədib.

Sovqata keçirilən baxış zamanı həmin telefon aşkar edilib və faktla bağlı araşdırma başlanılıb.