Qanunsuz ovla məşğul olan Sumqayıt sakini və daha bir şəxs saxlanılıb. Hadisə 7 sentyabr, axşam saatlarında qeydə alınıb.
Ekologiya və Sərvətlər Nazirliyinin saytına istinadən tutulan şəxs Sumqayıt şəhər sakini Fikrət Xalıqov və Bakı sakini Zaur Tuayevdir. Onlar, Xızı rayon ərazisində qanunsuz ov edərkən saxlanılaraq cərimələniblər.
Bundan əvvəl, 28 iyul tarixində Sumqayıt Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən qanunsuz ovla məşğul olan bir neçə şəxs saxlanılmışdır.