Sumqayıt şəhər sakininin üzərində və yaşadığı evə baxış zamanı narkotik vasitələr aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
DİN əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Ə.Fərzəliyevanın üzərindən və yaşadığı evindən 91 qrama yaxın heroin, 12 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.