Həmyerlisini odlu silahla hədələyən Sumqayıt sakini saxlanılıb. Bu haqda AZƏRTAC xəbər paylaşıb.
Şəhər sakini R.Paşayev 5-ci polis bölməsinə müraciət edərək həmyerlisi M.Cavadov tərəfindən ov tüfəngi ilə hədələndiyini bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyatın nəticəsində Cavadov saxlanılıb və ondan müvafiq sənədləri olan “Barak” markalı tüfəng müsadirə edilib.
Qeyd edilən faktla bağlı təhqiqat aparılır.