Sumqayıt sakininin üzərində 2 kiloqramdan çox narkotik vasitə aşkar edilib

Total
0
Shares
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Sumqayıt şəhər sakinindən narkotik vasitə aşkar edilib. Bu barədə bu gün, 9 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, 36 yaşlı Pərviz Əzimovun üzərinə baxış keçirilərkən 1 ədəd bağlama aşkarlanıb. Onun içərisindən ümumilikdə 2 kiloqram 355 qram narkotik maddələr (heroin 130, marixuana 1925 və metamfetamin 300 qram) 400 ədəd “gabapentin-300” həbi aşkar olunaraq müsadirə edilib.

Faktla bağlı araşdırma davam etdirilir.