Sumqayıt sakinində narkotik vasitələr aşkarlanıb. Bu haqda bu gün, 23 sentyabr tarixində Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Şəhər polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zaman Emil Məmmədov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 7 qram heroin aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki o, xarici ölkələrdə yaşayan və Azərbaycana narkotik göndərməyə çalışan şəxslərlə əlaqə yaradaraq narkokuryerliyə cəlb edilib. Onun məqsədi həmin narkotik vasitələri ölkədə qanunsuz yolla satıb, əldə olunan məbləğı xaricə çıxarmaq idi.
Daha öncə, 10 sentyabr tarixində Sumqayıt şəhər sakininin üzərində 7 qram heroin, 11 qram metamfetamin və elektron tərəzi aşkar edilmişdir.