Dövlət Məşğulluq Agentliyi ilə “ÇakÇuk” startap layihəsinin təşkil etdiyi peşə hazırlıq kurslarına Sumqayıt sakinləridə qoşula bilərlər. Belə ki, artıq kurslara qəbul üçün Bakı Peşə Hazırlıq Mərkəzində müsahibələrə start verilib.
Peşə kurslarına qatılmaq istəyən sumqayıtlılar, qeydiyyat üçün şəhər Məşğulluq Mərkəzinə və ya DOST mərkəzlərinə müraciət edə bilərlər. Bir ay sürən tədris zamanı müdavimlər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları uğurla verən məzunlar rəsmi dövlət sertifikatı ilə təltif olunacaqlar.
Aşağıda ki peşələr üzrə hazırlıq kurslarına qatılmaq mümkündür:
- Elektrik montyoru
- Xadimə
- Dayə
- Kombi ustası
- Məişət texnikası ustası
- Santexnika ustası