Sumqayıt sakinləri paytaxdan evə qayıtmaq üçün avtobus tapa bilmirlər

Total
0
Shares
Envato
Envato

Sumqayıt sakinləri Bakıdan qayıdan zaman bir sıra çətinliklər ilə qarşılaşırlar. Bunlardan biri avtobusların az olmasıdır. İnsanlar evlərinə gec və yorğun halda çatırlar.

Bakıda işləyən və təhsil alan Sumqayıt sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, onlar avtobus tapıb evlərinə qayıtmaq üçün bəzən bir saata qədər gözləməli olurlar. Əsasəndə bu problem günün pik saatlarında, yəni saat 18:00 – 21:00 aralığında yaranır. Məhs bu vaxt paytaxtda olan vətəndaşlar Sumqayıta dönürlər.

Vətəndaşlar əlavə ediblər ki, əvvəllər Sumqayıta gedən taksi və mikroavtobuslar 1 manata gedirdilərsə, son bir neçə ay onlar da qiyməti 2 qat qaldırıblar. Bu isə vəziyyəti daha da çətinləşdirir.