Sumqayıt sakinləri Saray yolu ilə gedən avtobus tapmırlar. Buna səbəb isə həmin xətt üzrə yalnız bir marşrutun işləməsidir və orada sərnişin sıxlığının yaranmasıdır. Bu haqda Sumqayıt24-ün izləyiciləri bildirib.
Qeyd olunan problem əsasən səhər saatlarında, insanların kütləvi şəkildə müxtəlif, dərs və ya iş səbəbindən Bakı və Xırdalana gedən vaxtlarda yaranır. Sakinlərin sözlərinə görə, həmin yol ilə əvvəllər 501 nömrəli iri avtobuslar və 523 nömrəli marşrut xəttləri hərəkət edirdi. Lakin, 501 nömrəli marşrut fəaliyyətini dayandırandan sonra orada vəziyyət gərginləşdi.
“Tək 523 nömrəli marşrut işləyir. Bu bəs etmir. Bir marşrut xətti, bu qədər çox adamın tələbatını ödəyə bilmədiyindən, camaat getdikləri yerə demək olar ki, hər gün gecikirlər. Bu məsələ ilə bağlı tədbir görülsə idi, sakinlər də yolunu rahat gedə bilərdilər”,- şikayətçilərdən biri
bildirib.