Sumqayıt: İsmət Qayıbov küçəsində asfalt tökən maşın sürücülərə maneə yaradır

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda İsmət Qayıbov küçəsində yolun ortasında, işıqforun önündə qoyulmuş asfalt tökən texnika sürücülərə narahatçılıq yaradır. Bu məsələ Facebook sosial şəbəkəsində müzakirəyə səbəb olub.

Sumqayıt24 bu məsələni araşdırdı və yerli sakinlərin bizə verdikləri məlumata görə, sözügedən texnika bu yolda asfaltlanma aparılan zamandan buradadır. O isə, həmin təmir işləri 2 ay bundan əvvəl yekunlaşıb. Bu problem sürücülərin rahat hərəkət etməsində maneələr yaradır.

Texnikanın bu ərazidə saxlanılmasının səbəbi isə məlum deyil.