Sumqayıtlı sosial şəbəkə istifadəçilərin hansı vaksinə üstünlük verdikləri məlum olub. Bu haqda Sumqayıt24 Xeberle.com-un keçirdiyi “Hansı vaksinə etibar edirsiniz?” adlı sorğuya istinadən xəbər verir.
Belə ki, sorğuya rəy bildirənlərin əksəriyyəti, daha dəqiq olsaq 162 nəfər “Sinovac” vaksininə, 73 nəfər Almaniyanın “BioNTech” və ABŞ-ın “Pfizer” şirkətilərinin birgə istehsal etdiyi “Pfizer” vaksininə, 8 nəfər Rusiyanın “Sputnik V” və 1 nəfər isə İsveçrədə Britaniya-İsveçrə istehsalı olan “AstraZeneca” vaksininə üstünlük verir.