Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub. Hadisə Sumqayıtın “Novxanı” çimərliyinin nəzarətsiz ərazidə, xilasetmə məntəqəsindən uzaqda baş verib. Bu barədə 27 avqust axşam saatlarında məlum olub.
Xilasetmə əməliyyatını Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti işçiləri həyata keçirib.
Bundan öncə, 25 avqust axşam saatlarında Sumqayıtda 10 yaşlı Hüseyn Qələndərli dənizin nəzarətsiz ərazisində batmışdır. Hüseyinin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir.