Sumqayıtda bir neçə məktəbin rəhbərliyi və müəllimi təltif olunublar. Səbəb isə onların ölkədə ki təhsilin inkişafına verdikləri tövhələrdir. Bu haqda Sumqayıt Şəhər Təhsil Şöbəsinə istinadən xəbər veririk.
Təhsil naziri Emin Əmrullayevin əmri ilə – Təfəkkür liseyinin direktoru Qönçə Səftərova və 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aidə Ələkbərova “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərman”ına, Təbiət elmləri təmayüllü gimnaziyanın direktor müavini Eldəniz Babayev və 35 nömrəli tam orta məktəbin direktoru Nüşabə Həsənova isə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüblər.
Təltifləri Təhsil Şöbəsinin müdiri Arzu Alızadə təqdim edib.