Sumqayıtı təmsil edən reqbi komandası yenidən qalib gəlib

Total
0
Shares
Foto Azərbaycan Reqbi Federasiyası
Foto Azərbaycan Reqbi Federasiyası

Sumqayıt komandası Reqbi-7 üzrə yeniyetmələr arasında “Gəncə açıq kuboku” yarışının qalibi oldu. Bu barədə Azərbaycan Reqbi Federasiyası məlumat yayıb.

2005-2006-cı il təvəllüdlü reqbiçilərin arasında keçirilən birincilikdə Gəncə, Sumqayıt, Naftalan, Göygöl və Şəmkir komandaları iştirak edib. Nəticədə, Sumqayıt komandası 1-ci yerə, Gəncə komandası 2-ci yerə, Şəmkir komandası isə 3-cü yerə layiq görülüb. Qaliblər diplom və kuboklarla təltif olunublar.

Daha öncə, 15 oktyabr tarixində baş tutan Respublika birinciliyində Sumqayıt komandası qızıl medala sahib olmuşdur.

 

Foto Azərbaycan Reqbi Federasiyası
Foto Azərbaycan Reqbi Federasiyası