Sumqayıtı təmsil edən xanım idmançı Cüdo üzrə Azərbaycan Kubokunun qalibi olub. Bu haqda Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər veririk.
Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın ikinci günündə 10 qadın cüdoçu arasında 52 kq üzrə yarışmada – Səbinə Əliyeva (Təhsil İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri) qızıl medal qazanıb.
Həmçinin, kişilər arasında 66 kq üzrə yarışda şəhərimizi təmsil edən İsmayıl İbrahimov (Təhsil İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri) bürünc medala layiq görülüb. Qeyd edək ki, bu çəki dərəcəsinin medalı uğrunda 52 idmançı mübarizə aparıb.
Bildirilir ki, bu gün başa çatacaq turnir pandemiya ilə əlaqədar azarkeşsiz keçirilir.