Sumqayıt şəhərində yenidən avtobus problemi yaşanır. Bu barədə bu gün, 12 oktyabr tarixində Sumqayıt24-ün müxbiri məlumat verib.
Səhər saatlarında H.Z.Tağıyev qəsəbəsindən Bakı şəhərinə gedən avtobus böyük intervallarla və dolu vəziyyətdə gəlir. Bu səbəbdən işə gədən 30 nəfərdən çox sakin dayanacaqda uzun müddət avtobusu gözləməli olur.
Daha öncə, 6, 523 və 5 nömrəli avtobusların hərəkətində yaranan problemlərlə bağlı sakinlər narazıçılığını bildirmişdir.