Sumqayıtda yerləşən Qubadlı rayon Tarix Diyarşünaslıq muzeyində sərgi açılıb. Sərgi 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunub. Bu haqda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsində məlumat paylaşılıb.
Burada əslən Qubadlı rayonundan olan şəhidlərimizin tərcümeyi halları, foto, şəhidlərə həsr olunan kitablar, döyüş yolu təsvir olunan foto-stend nümayış olunub və onların qəhramanlığından, cəsarətindən danışılıb.
Açılışda şəhidlərimizin ailə üzvləri və Qubadlı rayon ağsaqqalları, ziyalıları, məktəblilər iştirak ediblər. Şəhidlərin ailə üzvləri övladları ilə bağlı öz xatirələrini bölüşüblər.
Sonra sərgiyə baxış keçirilib.