Sumqayıt Telekommunikasiya Qovşağının rəisinə yüksək vəzifə verildi. Bu haqda Report məlumat yayıb.
Beləki, adıçəkilən qurumun rəisi Nəriman Salmanov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) məxsus “Aztelekom” MMC qurumunun tərkibində yeni yaradılan “Şimal-Şərq Regional Filialı”ın rəhbəri təyin edilib. Yeni filial özündə Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz Telekommunikasiya Qovşaqlarını birləşdirdi.