Sumqayıt: toya gedən koronavirus xəstəsi saxlanılıb

Total
0
Shares
Envato
Envato

Sumqayıtda toy mərasimində iştirak etmək istəyən koronavirusa yoluxmuş şəxs aşkarlanıb. Bu haqda Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər veririk.

Polis əməkdaşlarının keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı N.Yarmətova saxlanılıb. Onda virus aşkar edildiyi üçün ev şəraitində müalicə təyin edilsədə o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və restorana gəlib. Lakin polis həmin şəxsi aşkar edərək yaşadığı ünvana geri qaytarıb.

Yarmətova barəsində Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.