Sumqayıtda “Vətən bizdən başlayır” adlı bədii tədbir baş tutacaq. Görüş tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü və Sumqayıt Gənclər evi, Gənclər Klubu və Gənclərin İnkişaf Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyin birgə təşkilatçılığı ilə həyata keçiriləçək.
Deputatlar, İcra Hakimiyyətin nümayəndəliyi və bələdiyyə üzvlərinin də qonaq qismində yer alacağı tədbirdə ümumilikdə 200 nəfərin iştiraki nəzərdə tutulub. Orada orkestrın müşayiəti ilə musiqili hissə və kiçik səhnəçiklər nümayiş olunacaq.
Tədbir 19 oktyabr saat 15:00-da, Heydər Əliyev Mərkəzinin 1-ci mərtəbəsində böyük akt zalında baş tutacaq.