Şəhid Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Ramiz Cəfərovun ildönümüdür.
“Vətən müharibəsinin qəhrəmanı” olan Cəfərov “Aprel döyüşlərində” və “44 günlük müharibə”də böyük sücaətlə vuruşub. O, sonuncu müharibə zamanı tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. O, 6 noyabr tarixində Şuşa istiqamətində ali şəhid adını qazanıb.
“Dostları Ramizi “Qartal” deyə çağırardılar. Ryazanda oxuyanda paraşütlə tullanıblar. Ramizin paraşütünün ipləri dolaşıb, həmin vaxt özünü itirməyib, elə göydəcə vəziyyətdən çıxıb. Qoçaqlığına görə belə ad vermişdilər”,- şəhidin əmisi oğlu qeyd edib.
Ramiz Cəfərova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, “Vətən uğrunda”, “Cəbrayılın və Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.