Sumqayıt: “Xəmsə” Milli intellektual oyununun qalibləri məlum olub

Total
0
Shares
Foto Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsi
Foto Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsi

Sumqayıtda Heydər Əliyev Mərkəzində “Xəmsə” Milli intellektual oyunu keçirilib. Bu haqda bu gün, 1 dekabr tarixində Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.

İki gün davam edən yarış “Nizami Gəncəvi İli”nə həsr edilmişdir. Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin “Aypara” I yer, Sumqayıt Könüllü Cəmiyyətinin “SKC” II yer, Gənc müəllimlər Şurasının “Gənc müəllimlər” komandası isə III yerə layiq görülüb.

Qalib komandalar fəxri fərman, kubok, medal və hədiyyələr ilə təltif edilib.