Sumqayıt: yaşayış binasında baş verən yanğın zamanı 12 nəfər təxliyə olunub

Total
0
Shares
Depositphotos
Depositphotos

Sumqayıtda 8-ci mikrorayonda yerləşən yaşayış binasında yanğın baş verib. Nəticədə hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 12 nəfəri təxliyə ediblər.

Binanın 8-ci mərtəbəsində 70 kv.m sahəsi olan mənzildə yanğın zamanı mətbəxdə olan soyuducu, mebel və lambirdən ibarət tavan 5 kv.m səhədə yanıb.

Yanğın söndürülüb və mənzilin qalan hissəsi alovdan mühafizə olunub.

Daha öncə, 6 sentyabr axşam saatlarında Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın baş vermişdir.