Sumqayıtın “Yaşıl dərə” adlanan yaşayış massivində sakinlər yolsuzduqdan əziyyət çəkir. Bu problemlə sakinlər Sumqayıt24-ə müraciət ediblər.
4-cü məhəllə sakinlərinin sözlərinə görə, yağış yağan kimi ətraf palçıq və gölməçə olur. Yolun bəzi hissələri çınqıl daşlar ilə örtülüb.
“Yol o dərəcədə pis gündədir ki, 39 nömrəli marşruta gedib çatana kimi üst-başımız biyabırçı günə düşür. Uşağı məktəbə yola salanda çantasına bir cüt ayaqqabı qoymalı oluram,” – deyə vətəndaş bildirib.
Həmçinin, massivin sakinləri kanalizasiya qoxusundan şikayət edirdilər.