Sumqayıt: Yaşıllaşdırma İdarəsi 2000 manat məbləğində cərimələndi

Total
0
Shares
Envato
Envato

Sumqayıtda Heydər Əliyev adına park ərazisində 5 ağacın qanunsuz kəsilməsi haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Xeberle.com-a istinadən, 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi məsələyə aydınlıq gətirib. Bir müddət bundan əvvəl kəsilən ağaclarla bağlı əraziyə baxış keçirilib. Bu səbəbdən Sumqayıt Yaşıllaşdırma İdarəsinə qarşı qanuna uyğun olaraq 2000 manat məbləğində cərimə tərtib olunub. Kəsilən ağacların yerinə isə yeniləri əkilib.