Sumqayıtın tabeliyində olan “Yaşma bağları”nda yollar pis vəziyyətdədir. Bu haqda Sumqayıt24-ü izləyən yerli əhali bildirib.
Onların dediyinə görə, burada yollar ilin hər fəsli palçıq içində olur. Yağış yağanda isə vəziyyət daha da acınacaqlı olur. Minlərlərə insanın yaşadığı “Yaşma bağları”nda piyada hərəkət etmək demək olar ki qeyri-mümkündür.
“Payız aylarından yaz aylarınadək evlərimizin qabağı bütün su olur. Evdən çıxıb harasa getmək üçün ayağa rezin qaloş geyinmək lazım olur. Avtomobilidə buradan sürəndə təkərləri batır. Sora çıxarmaq olmur. Dediklərimiz, problemlərin sadəcə bir qismidi. Xahiş edirik bu yolların da vəziyyətini nəzərə alsınlar. Heç olmasa sadə asfalt çəksinlər”,- deyə izləyicilərimiz bildirib