Sumqayıt: “Yakudza” kafesində karantin qaydaları pozulub

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıtda fəaliyyət göstərən “Yakudza” kafesinin sahibi cərimələnib.

Sumqayıt24 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi saytına istinadən xəbər verir ki, Agentlik əməkdaşlarının keçirdiyi növbəti reyd zamanı şəhərin 20-ci məhəllə, ev 20/29 ünvanında yerləşən “Yakudza” kafesində karantin qaydalarının pozulması faktı müəyyən edilib. Bu səbəbdən obyektin sahibi Roman Planova qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb.

Daha əvvəl, 23 sentyabr tarixində, Azərbaycan prospekti, ev 79B ünvanında yerləşən “Mutlu” dönər evində pandemiya dövrünün tələblərinin pozulduğu aşkar edilmişdir.