Sumqayıt: Yanğın Nəzarəti İdarəsi maarifləndirmə tədbirləri keçirib

Total
0
Shares
Foto FHN Facebook
Foto FHN Facebook

Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıtda yanğın təhlükəsizliyinə dair  maarifləndirmə tədbirləri keçirib.

Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhərin 5 nömrəli Musiqi məktəbində keçirilən tədbir zamanı müəllim və texniki heyətə yanğın təhlükəsizliyinə dair qaydalar, yanğın baş verən zaman təxliyə yolları haqqında, havalandırma, qızdırıcı, elektrik qurğularına texniki nəzarətlə bağlı tələblər və ”112” qaynar xətti barədə məlumat verilib.

Həmçinin, onlara yanğına qarşı su təchizatı mənbələri və qurğuları müvafiq normalara uyğun vəziyyətdə saxlanılması barədə və yanğın təhlükəsizliyi qaydalarına dair çap materialları müvafiq yerlərdən asılmaları haqda deyilib.