Uzun illərdir Sumqayıtda yaşayan cüdo və sambo üzrə “Azərbaycanın əməkdar məşqçisi” Əhməddin Rəcəbli Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən təltif olunub.
Səfir Vada Cüniçi 75 yaşlı Rəcəblini ölkəmizdə “Judo”nun inkişafına görə Yaponiya İmperatorunun fəxri medalına layiq görülüb.
Daha əvvəl, aprel ayında veteran idmançımız, Paralimpiya cüdosu üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Əhməddin Yaponiya hökuməti tərəfindən Gümüş Şüalı Gündoğar Ordeni (The Order of the Rising Sun, Silver Rays)ilə təltif edilmişdir.