Sumqayıt: Yeni Bulvar ərazisində yerləşən “Priçalli” restoranında pandemiya qaydaları pozulub

Total
0
Shares
Foto AQTA Facebook səhifəsi
Foto AQTA Facebook səhifəsi

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Sumqayıt şəhəri, Yeni Bulvar ərazisində yerləşən “Priçalli” restoranında karantin qaydalarının pozulması faktı qeydə alınıb.

Bu səbəbdən iaşə obyektinin sahibi Aynur Nəcəfovaya qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ümimillikdə ötən gün ərzində AQTA əməkdaşları tərəfindən ölkə üzrə 412 ictimai iaşə obyektində 702 monitorinq keçirilib. Monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin pozulması faktları aşkar olunub.