Sumqayıt: yeni inşa ediləcək zavodda 40 daimi iş yeri yaradılacaq

Total
0
Shares
Foto economy.gov.az
Foto economy.gov.az

Sumqayıt Kimya Sənaye Parkında “Azeka BM” MMC adlı yeni zavod inşa olunacaq. Bu müəssisədə 40 daimi iş yeri yaradılacaq. Bu haqda İqtisadiyyat Nazirliyi xəbər yayıb.

Türkiyə və Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə zavod illik 36 min tonadək üyüdülmüş kalsit (kalsium karbonat) istehsal edə biləcək. Üyüdülmüş kalsit boya sənayesində və məişətdə istifadə olunan bir çox məhsulların istehsalı zamanı xammal olaraq istifadə edilir.

Layihənin investisiya dəyəri təqribən 7 mln. manatdır. Burada istehsal olunan məhsullar həmçinin “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.