Sumqayıt: yeni İntellektual Oyunlar Klubu yaradılıb

Total
0
Shares
Foto Sumqayıt İntellektual Oyunlar Klubunun Facebook səhifəsindən
Foto Sumqayıt İntellektual Oyunlar Klubunun Facebook səhifəsindən

Sumqayıtda gənclər üçün yeni klub təsis olunub. Bu haqda yeni klubun direktoru Turqut Əfəndi öz sosial şəbəkə hesabında bildirib.

Sumqayıt İntellektual Oyunlar Klubu adı altında fəaliyyət göstərəcək klubun əsas məqsədi intellektual baxımdan özlərini təsdiq etmək istəyən gənclərə şərait yaratmaqdır. Gələcəkdə yeniyetmə və gənclər arasında müxtəlif intellektual formatlar üzrə yarış və turnirlər təşkil olunacağı planlaşdırılır.