Sumqayıtda “Bulvar” ərazisinə yaxın yerdə yeni güzəştli evlərin tikintisinə başlanılıb. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.
Əldə etdiyimiz məlumata əsasən, burada 9, 12 və 16 mərtəbəli binalar inşa olunacaq. Ümumilikdə isə 11 yaşayış binasının tikintisi nəzərdə tutulub. Evlərin artıq bünövrəsi qoyulub. Tikintininin 2022-ci ilin sentyabr ayınadək yekunlaşdırılması planlaşdırılır.
Xatırladaq ki, həmin binaların təməlini İlham Əliyev 3 sentyabr – Sumqayıt səfəri zamanı qoymuşdur.