Sumqayıt: yeniyetmələr arasında şahmat üzrə şəhər birinciliyi keçirilib

Total
0
Shares
Envato
Envato

Sumqayıtda 12 və 17 yaşadək oğlan və qızlar arasında şahmatın blits növü üzrə doqquz turdan ibarət şəhər birinciliyi keçirilib. Yarışı Gənclər və İdman Baş İdarəsi təşkil etmişdir.

27 gənc şahmatçının iştirak etdiyi “Zəfər yolu” devizi altında keçirilmiş yarış 44 günlük Vətən müharibəsinə həsr olunmuşdur.

Birincilikdə Hüseyn Əhmədzadə, Uğur İlyaslı, Çingiz Ələsgərov, Musa Təkləvi, Ümid Allahverdi və Xasay Dadaşzadə ilk üç yeri tutublar.

Yarışın keçirilməsinin məqsədləri  gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, şahmat idman növünün şəhərdə təbliği və inkişafı, güclü idmançıların müəyyən edilməsi, onların idman ustalığının təkmilləşdirilməsidir.

Qaliblər medal, fəxri fərman və hədiyyələrlə təltif olunublar.