Sumqayıt: yeniyetmələr arasında mini-futbol yarışı keçirilib

Total
0
Shares
Envato
Envato

27-31 avqust 2021-ci il tarixlərində Sumqayıtda mini-futbol yarışı keçirilib. Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi “Sumqayıt Gəncləri Narkomaniyaya yox deyir” devizli birinciliydə 2012-2013-cü il təvəllüdlü yeniyetmələr iştirak edib.

“Kapitalbank” arenada keçirilən yarışda 6 komanda mübarizə aparıb. Nəticədə “Sumqayıt” Futbol Klubu 1-ci, İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman Məktəbi 2-ci, “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman- Şahmat Məktəbi isə 3-cü yeri tutmuşlar.

Yarışın qalib və mükafatçıları kubok, medal, fəxri fərman və müxtəlif hədiyyələrlə təltif olunublar.