Sumqayıt yetirməsi olan Emin Hüseynova yüksək vəzifə verilib. Bu haqda Prezidentin rəsmi saytına istinadən xəbər veririk.
Sərəncama əsasən, Hüseynov “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə İlham Əliyevin xüsusi nümayəndəsi” təyin olunub. Sənədə əsasən, həmin nümayəndəlik Şuşa rayonunu əhatə etməyəcək.
İqtisadçı və iqtisad üzrə fəlsəfə doktoru olan Emin Hüseynov 12 noyabr 1974-cü ildə Sumqayıtda anadan olmuşdur. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şuralarının üzvü, Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvü olub. 2016-2018-ci illərdə Azərbaycan Respublikası maliyyə nazirinin sabiq müavini, 2018-ci ildən isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışıb.