Sumqayıt: “Zəfər bayramı”nı bərpa olunmuş Şəhidlər Xiyabanında keçirilməsi planlaşdırılır

Total
0
Shares
Foto telebe_ittifaqiinstagram profilindən
Foto telebe_ittifaqiinstagram profilindən

Şəhidlər Xiyabanında aparılan təmir-bərpa işləri 8 noyabr tarixinədək yekunlaşdırılması planlaşdırılır.

Bu gün, 19 oktyabr tarixində “Vətən bizdən başlayır” adlı tədbirdə çıxışı zamanı Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov bildirib ki, “Zəfər bayramı”nı Sumqayıtda bərpa olunan Şəhidlər Xiyabanında keçirilməsi nəzərdə tutulur.

“Vətən bizdən başlayır” adlı tədbir bu gün Heydər Əliyev Mərkəzinin akt zalında baş tutub.