Sumqayıt: “Zəfər və Bayraq Günü”nə həsr olunmuş intellektual oyun keçirilib

Total
0
Shares
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi

Sumqayıtda “Zəfər və Bayraq Günü” nə həsr olunmuş intellektual oyunun keçirilib. Bu barədə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.

“Bayraqdar” Milli intellektual oyununda Sumqayıtın müxtəlif məktəblərini təmsil edən 6 komanda iştirak edib. I yeri 4 nömrəli məktəbin “Şuşa qalası”, II yeri 15 nömrəli məktəbin “Zəfər”, III yeri isə 5 nömrəli məktəbin “Dəmir yumruq”  komandaları tutub. Qaliblər kubok, fəxri fərman, medal və hədiyyələri ilə təltif edilib.

Yarış şəhər Gənclər və İdman Baş İdarəsinin və şəhər Təhsil Şöbəsi nəznində Gənc Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə keçirilib.