Sumqayıt: özünü “Azərsu”nun əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs peyda olub

Total
1
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıt Sukanal İdarəsinin adından istifadə edərək obyeklərdən və evlərdən pul yığan şəxs peyda olub. Bu haqda bu gün, 9 dekabr tarixində DünyaTV məlumat yayıb.

Məlumata əsasən, şübhəli səxs obyektlərin birində təhlükəsizlik kameralarına düşüb. Həmçinin, son günlər sakinlər bu barədə Sukanal İdarəsinə də şikayətlərini bildiriblər.

“Özünü “Azərsu” əməkdaşı kimi təqdim edən şəxs vətəndaşları aldadaraq onlardan pul yığır. Sakinlərə məsləhət görürük ki, “Azərsu”ya olan borclarını poçtlardan və ya terminallardan ödəsinlər. Şübhəli şəxsləri gördüklərində isə “955” qaynar xəttinə müraciət edə bilərlər”, – bunu, Sumqayıt Sukanal İdarəsinin rəisi Xalid Quliyev bildirib.

Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən