Sumqayıtda fəaliyyət göstərən zavodların havaya buraxdığı zərərli tüstü sakinləri uzun müddətdir ki narahat edir.
Bu gün, 13 sentyabr səhər saatlarında sakinlərin sosial şəbəkələrdə etdiyi müzakirəyə istinadən tüstü gecə saatlarından səhərə kimi müşahidə olunub. İnsan orqanizminə zərərli xoşagəlməz qoxu bütün şəhəri bürüyüb.
“Olmaz ki, o tüstü filtirlənib buraxılsın havaya? Tüstü səbəbindən pəncərələri aça bilmirik. Pəncərəni 5 dəqiqəlik açanda isə pis qoxu bütün evi bürüyür”,- sakinlərdən biri bildirib.