Sumqayıtda Üzeyir Hacıbəyov küçəsinin bir hissəsində (köhnə “Şərq bazarı” tərəfində) səkilər yararsız haldadır. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.
Beləliklə, piyadaların rahat hərəkət etmələri üçün qoyulan səkilər dağılmış vəziyyətdədir. Bu səbəbdən vətəndaşlar yolun hərəkət hissəsi ilə getməli olurlar.
Üzeyir Hacəbəyov küçəsinin qeyd olunan hissəsində avqust ayında asfaltlanma işləri aparılsada, səkilər təmir olunmamışdır.