Sumqayıt: zibil qutuları sınıq vəziyyətdədir

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtın bir çox yerində tullantı qutularının sınıq vəziyyətdə olması müşahidə olunur. Bu barədə 20 oktyabr tarixində Sumqayıt24-ün izləyiciləri bildiriblər.

Təqdim etdiyimiz şəkillər 2-ci məhəllədə (11 nömrəli məktəbin və “Aytac” marketin arxasında ki həyətdə) çəkilib və göründüyü kimi, qutuların təkərləri qırılıb, dəmiri isə paslanıb. Həmçinin, zibil qutulara ayrılan ərazidə asfalt örtüyü dağınıq vəziyyətdədir.

Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sakinlərin sözlərinə görə, bu hal uzun müddətdir ki, davam edir.

Bundan əvvəl, şəhərdə zibil qutularının az olmasından xəbər vermişdik.