Sumqayıtda 1 nəfər mənzildə halsız vəziyyətdə aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün, 29 oktyabr tarixində məlumat yayıb.
Bağlı qapı arxasında qalan şəxsin köməyinə Sumqayıt Regional Mərkəzinin əməkdaşları cəlb olunub. Onlar mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar ediblər. Zəifləmiş vəziyyətdə aşkarlanan vətəndaş aidiyyəti üzrə təhvil verilib.