Sumqayıtda 1 nəfər mənzildə halsız vəziyyətdə aşkar edilib

Total
0
Shares
Depositphotos
Depositphotos

Sumqayıt şəhərində 1 nəfər mənzildə halsız vəziyyətdə aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) 12 oktyabr axşam saatlarında məlumat yayıb.

Məlumata əsasən, köməksiz vəziyyətdə olan şəxsi Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri bağlı qapı arxasından xilas edib. Onlar mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.