Bu gün, 20 sentyabr tarixində Sumqayıt şəhər 1 nömrəli tam orta məktəb üçün tikilmiş yeni binanın açılış mərasimi keçirildi. Bu haqda Təhsil Nazirliyi məlumat yayıb.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt şəhər Təhsil İdarəsinin müdiri Arzu Alızadə iştirak edib.
Yeni inşa edilmiş məktəbin tikintisi 9 sentyabr tarixində yekunlaşmışdır. Burada 1800, ümümilikdə isə 2500-zə yaxın şagird təhsil ala bilər.