Sumqayıtda bir neçə gün davam edən güclü yağış səbəbindən şəhərin bəzi küçələri pis vəziyyətə qalıb.
Belə ki, piyadalar və məktəbə gedən şagirdlər şəhərin Nizami küçəsində, yeni təmir-bərpa olunmuş 1 saylı tam orta məktəbin qarşısındakı yolu keçə bilmirlər. Burada axşam saatlarında yağan leysan səbəbindən yolu su basıb.
İstifadəçilərin sözlərinə görə, həmin küçədə yağış suları üçün nəzərdə tutulan barmaqlıqlar tullantılarla doludur.
Daha öncə, eyni vəziyyətin yeni açılmış “Bravo” supermarketinin yanında yaşandığı barədə xəbər vermişdik.