Sumqayıtda 11-ci mikrorayonun sakinləri zibil qutuların düz evlərinin önündə qoyulmasından narazıdırlar. Bu məsələni Sumqayıt24 çox saylı müraciətləri nəzərə alaraq işıqlandırır.
Yerli əhali tərəfindən bizə verilən məlumata görə, problem 32-ci binanın önündə yaranıb. Burada zibil qoxusu ətrafı bürüyüb. Bu səbəbdən həyətdə dayanmaq olmur. Yay aylarında isə sakinlər mənzillərinin pəncərələrini açıq saxlaya bilmirlər.
“Bilmirik kimə müraciət edək ki bu zibil qutuların yerlərin dəyişsinlər. Zibil maşınlar tullantıları tez-tez yığışdırır. Lakin zibili ərazidən daşıyarkən yola suyu axır və yağış yağanadək bu vəziyyətdə qalır”,-sakinlərdən biri əlavə edib.